Bakı. Musa Əhmədov – APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiymətində dəyişiklik qeydə alınmayıb və 1 barelə görə 97,35 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,46 dollar artaraq 103,53 dollar olub.