Azərbaycanlı iş adamları Rusiyada keçiriləcək beynəlxalq süd forumuna dəvət alıb

Azərbaycanlı iş adamları Rusiyada keçiriləcək beynəlxalq süd forumuna dəvət alıb
# 30 oktyabr 2014 14:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyada beynəlxalq aqrosənaye süd forumu təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, forum noyabrın 17-18-də Rusiyanın Krasnoqorsk şəhərində baş tutacaq. Forum Moskva Vilayəti Hökumətinin təşkilatçılığı ilə keçiriləcək.

Tədbirin mövzusu “Rusiyada süd sənayesinin inkişaf perspektivləri” adlanır və məqsədi Rusiyanın Moskva vilayəti və digər regionlarında süd sənayesinin inkişafına yardım etməkdir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Beynəlxalq aqrosənaye süd forumunda iştirak etmək istəyən azərbaycanlı sahibkarlar və iş adamları Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR