Berezovskinin vəfat etdiyi yeri radiasiya üzrə mütəxəssislər tədqiq edir

Berezovskinin vəfat etdiyi yeri radiasiya üzrə mütəxəssislər tədqiq edir
# 24 mart 2013 04:36 (UTC +04:00)

Bakı-APA. Tanınmış rusiyalı iş adamı və siyasətçisi Boris Berezovskinin cəsədi hələdə Londondan 40 km qərbdə yerləşən Eskot kəndindəki evində qalmaqdadır. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Eskot yaşayış məntəqəsinin daxil olduğu Tems Velli rayonunun polis idarəsinin məlumatında bildirilir.

Məlumata görə, hal-hazırda evdə kimyəvi, bioloji, radioaktiv və nüvə materialları ilə iş üzrə qrupun (CBRN) ekspertləri tətqiqat aparır. Polisin məlumatında qeyd olunur ki, bu tədbir “ölümün baş vermə səbəblərinin əsaslı istintaqının aparılması üçün lazımdır”.

Qeyd edək ki, polis iş adamının ölümünü “müəmmalı” kimi qələmə verməkdə davam edir.

Hal-hazırda ev mühasirəyə alınıb, ərazidə bütün yollar bağlanıb. İstintaq tədbirləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR