Musa Qasımlı Almaniyada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məruzə oxuyacaq

Musa Qasımlı Almaniyada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məruzə oxuyacaq
# 04 dekabr 2014 12:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin deputatı Musa Qasımlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfranslarda iştirak etmək üçün dekabrın 5-dən 15-dək Almaniyada səfərdə olacaq.

Parlamentdən APA-ya verilən məlumata görə, Almaniyadakı Türk-Azərbaycan Birliyinin - TAVD-ın təşkilatçılığı ilə Berlin və Hamburq şəhərlərində keçiriləcək konfranslarda Türkiyə və Azərbaycan tarixçiləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri yerli ictimaiyyətin diqqətinə çatdıracaq, tarixin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlardan, o cümlədən Xocalı soyqırımından bəhs edəcəklər.

Deputat öz məruzələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə ətraflı məlumat verəcək, son iki yüz ildə ermənilərin Azərbaycan ərazilərinə gətirilib yerləşdirilməsi nəticəsində bölgədə demoqrafik şəraitin dəyişdirildiyini Almaniya ictimaiyyətinin nəzərinə çatdıracaq. 1988-ci ildən başlanan Dağlıq Qarabağ münaqişəsinin bu gün də regional sülhə və təhlükəsizliyə böyük təhlükə olduğunu, həmçinin qonşuluq münasibətlərini təhdid etdiyini konkret faktlarla bildirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR