Qurban bayramı günlərində Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına daxil olan çağırışların sayı artıb

Qurban bayramı günlərində Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına daxil olan çağırışların sayı artıb
# 06 oktyabr 2014 11:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Qurban bayramı günlərində Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına daxil olan çağırışların sayı artıb.

Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında bildirib ki, digər günlərlə müqayisədə bayram günlərində orta hesabla təxmini 5% artım qeydə alınıb. Bunun təbii olduğunu deyən O.Şahmaliyev qeyd edib ki, bayram günlərində tibb müəssisələri, xəstəxanalar, poliklinikalar tam fəaliyyət göstərmədikləri üçün təcili yardıma müraciətlərin edənlərin sayı artır: “Müraciətlər isə əsasən ürək-damar xəstəlikləri ilə bağlı olub. Hər hansı bir şəxsin ürəyi xəstədirsə, onun pəhrizinin pozulması nəticəsində orqanizmində dəyişikliklər baş verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR