Lənkəranda keçmiş hərbi hissənin ərazisində yanğın olub - FOTO

Lənkəranda keçmiş hərbi hissənin ərazisində yanğın olub - <span style="color: red;">FOTO
# 14 iyul 2014 15:03 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycan Müdafiə Nazirliyinin Lənkərandakı keçmiş hərbi hissəsinin ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyulun 14-də günorta saatlarında qeydə alınıb. Yanğının lokallaşdırılması məqsədilə hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, 1,5 hektar ərazidə kol-kos yanaraq yararsız vəziyyətə düşüb.

Məlumata görə, iyulun 14-də həmçinin Lənkəran şəhərinin Sahil küçəsində yerləşən həmin N saylı hərbi hissəyə məxsus ümumi ərazisi 4 hektar olan poliqonun 2 hektar sahəsində kol-kos yanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR