ABŞ və Avropa fond bazarında səhmlər ucuzlaşıb

ABŞ və Avropa fond bazarında səhmlər ucuzlaşıb
# 25 iyun 2016 08:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 3,39% - 17 400,75 bəndədək, S&P 500 3,59% - 2 037,41 bəndədək, NASDAQ 4,12% - 4 707,98 bəndədək azalıb.

"APA-Economics" xəbər verir ki, bütövlükdə ABŞ fond bazarında 3-4%-lik azalma qeydə alınıb. “Bloomberg” agentliyinin məlumatına görə, bu, son 10 ay ərzində ən kəskin ucuzlaşmadır. ABŞ fond bazarında səhmlərin ucuzlaşması Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendum ilə izah edilir.

Avropa fond bazarlarında FTSE 100 indeksi 3,15% - 6 138,69 bəndədək, Almaniya DAX-ı 6,82% - 9 557,16 bəndədək, Fransa CAC-40-ı 8,04% - 4 106,73 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 59,30 dollar artaraq 1 322,40 dollara, gümüş isə 0,44 dollar artaraq 17,79 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR