Bakı. Fuad Cəfərov – APA. Bakıda mağazadan oğurluğa cəhd edən şəxs tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 8-də saat 06.00 radələrində Xətai rayonunun Nəsrəddin Tusi küçəsində Bakı şəhər sakini Turqay İsgəndərova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş 13-15 yaşlı lal-kar olan oğlan (şəxsiyyəti müəyyənləşdirilir) Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 35-ci Polis Bölməsinə təhvil verilib.