Ermənistanın sorğusu əsasında Rusiyada saxlanılan keçmiş deputat Tiqran Urixanyan sərbəst buraxılıb.
APA-nın xəbərinə görə, bu barədə “Hraparak” məlumat yayıb. Bildirilib ki, bu addımın səbəbi hələlik bəlli deyil.
Ermənistanda onun barəsində vəzifəli şəxs tərəfindən qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ittihamı ilə cinayət işi qaldırılıb.
***
11.16
Ermənistan parlamentinin keçmiş deputatı Tiqran Urixanyan rəsmi İrəvanın sorğusu əsasında Rusiyada saxlanılıb.
APA-nın “lurer.am”a istinadən xəbərinə görə, müxalifətdəki “Alyans” Partiyasının sədri olan T. Urixanyan ölkəsində hökumət əleyhinə açıq çağırışlarda ittiham olunur.
Ona qarşı Ermənistanın Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb.