Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisinin final şousu başlayıb

Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisinin final şousu başlayıb
# 14 mart 2013 18:15 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisinin final şousu artıq başlayıb.

APA-nın məlumatına görə milli finalda Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova, Vlada Axundova, Aysel Babayeva və Valeriya Hüseynzadə yarışacaq.

Azərbaycanın “Eurovision-2013” mahnı müsabiqəsindəki təmsilçisi peşəkar münsiflər heyəti tərəfindən, İctimai Televiziyanın direktoru İsmayıl Ömərov, xalq artisti Səyavuş Kərimi, əməkdar artistlər Tünzalə Ağayeva, Rəşad Haşımov, xalq artisti Zülfiyyə Xanbabayeva və musiqi koordinatoru Zəhra Bədəlbəyli tərəfindən seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR