Ombudsman Azərbaycanda “JEK”lərin ləğvini təklif edib

Ombudsman Azərbaycanda “JEK”lərin ləğvini təklif edib
# 04 mart 2013 14:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, ombudsman Elmira Süleymanovanın ötən ilin yekunlarına dair illik məruzəsində qeyd edilib ki, Konstitusiya Qanununa əsasən, 150 müraciətin baxılmasından imtina edilib, icraata qəbul edilən digər ərizələrin hər biri üzrə dövlət qurumlarına sorğular göndərilib.

Ümumilikdə 2011-ci ilə nisbətən 2012-ci ildə mülkiyyət hüquqlarına dair Ombudsmana edilən müraciətlərin sayı 25,8% artıb: “Ombudsman xüsusi mülkiyyətdə olan əmlakın məhkəmə qərarı olmadan dağıdılmasını yolverilməz hesab edir və bu sahədə narazılıqların qarşısının alınması məqsədilə mülkiyyətin, o cümlədən torpağın dövlət ehtiyacları üçün alınması zamanı qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə kompensasiyanın adekvat həcmdə və vaxtında ödənilməsini tövsiyə edir”.

E.Süleymanova bələdiyyələrin fəaliyyətə başladığı vaxtdan etibarən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin inventarlaşdırılmasını, ünvan verilməyən yaşayış massivlərinin ünvanlaşdırılmasını, vətəndaşların mənzillə təminatı, köhnə və qəzalı vəziyyətdə olan mənzillərdə yaşayanların köçürülməsi üçün Dövlət Proqramının hazırlanmasını zəruri hesab edib.

Ombudsman həmçinin ölkədə mənzil-kommunal təsərrüfatı sistemində islahatların aparılmasını, Mənzil-İstismar Sahələrinin (JEK) ləğv edilməsini və bu səlahiyyətlərin bələdiyyələrə verilməsini təklif edib: “Ötən il 363 müraciət kommunal xidmətlərlə bağlı olub. Kommunal xidmətlərin aşağı səviyyədə təşkili mövcud problemləri daha da mürəkkəbləşdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR