Lionel Messi “Barcelona” klubunda keçirdiyi oyunlarda 300-cü qolu vurub

Lionel Messi “Barcelona” klubunda keçirdiyi oyunlarda 300-cü qolu vurub
# 17 fevral 2013 03:34 (UTC +04:00)

Bakı-APA. İspaniyanın «Barcelona» klubunun hücumçusu, 4 dəfə FİFA-nın “Qızıl top” mukafatına sahib çıxan argentinalı futbolçu Lionel Messi fevralın 16-da “Barcelona” klubunda keçirdiyi oyunlarda 300-cü qolu vurub.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu əlamətdar hadisə ötən gün İspaniya çempionatı çərçivəsində “Qranada” klubu ilə keçirilmiş oyunda qeydə alınıb. Oyunun ikinci hissəsinin 50-ci dəqiqəsində hesabı açan Messi 73-cü dəqiqədə ikinci qolu vurub. Görüş 2:1 hesabı ilə «Barcelona» klubunun qələbəsi ilə başa çatıb.

Messi 4 il ardıcıl olaraq dünyanın ən yaxşı futbolçusu elan olunub. O həm də yeganə 4 dəfə FİFA-nın “Qızıl top” mükafatına layiq görülmüş futbolçudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR