Hüquq müdafiəçiləri Sumqayıtda 2 aylıq körpəni oğurlamada təqsirləndirilən qadınla görüşüblər

Hüquq müdafiəçiləri Sumqayıtda 2 aylıq körpəni oğurlamada təqsirləndirilən qadınla görüşüblər
# 09 sentyabr 2014 10:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Aydın Bəyişov Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E.Behbudov bildirib ki, monitorinq zamanı dərman preparatlarının keyfiyyəti, kameralarda suyun olub-olmaması, saxlanılan şəxslərin gəzinti meydançasına çıxarılması və onların tibbi kartlarının həkim tərəfindən yazılıb-yazılmamasını yoxlayıblar: “Saxlanma şəraiti normaldır. Hər hansı qanun pozuntusu aşkar edilmədi”.

Hüquq müdafiəçisi orada olarkən 2 aylıq körpəni oğurladığına görə həbs edilən Babayeva Xırda Əli qızı ilə görüşdüklərini deyib: “Xırda Babayevanın barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi üzrə cinayət işi başlanılıb, vəkillə təmin olunub. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Özünü təqsirli bilir. Mənə söylədi ki, uşağı saxlamaq məqsədilə götürüb və 19 gün müddətində yaxşı baxıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR