Sel və daşqınlar Təbrizin infrastrukturuna ziyan vurub

Sel və daşqınlar Təbrizin infrastrukturuna ziyan vurub
# 20 iyun 2016 13:50 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Sel və daşqınlar Təbrizdə müəyyən problemlərə səbəb olub.

APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı keçidlərin bağlanması nəticəsində şəhərdə tıxaclar yaranıb, bəzi evlərə su dolub.

Əhaliyə yardım məqsədi ilə şəhərə bir batalyon əsgər göndərilib. Təbrizdə Böhranın İdarəetmə Qərargahı yaradılıb və hazırda selin vurduğu ziyanın həcmi hesablanır.

Təbriz bələdiyyəsinin başçısı Rəhim Şöhrətifər bildirib ki, daşqın və sel nəticəsində ölən və xəsarət alanlar olmayıb. “Sel nəticəsində Təbrizin ətraf kəndlərinə də ziyan dəyib. Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində iş gedir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR