Nobel prospektinin daha bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - FOTO

Nobel prospektinin daha bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - <span style="color: red;">FOTO
# 18 may 2015 10:33 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılır.

Aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəz olunacaq. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1 400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yenilənəcək.

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır və sürücülərdən imkan daxilində alternativ yollardan istifadə etməkləri tövsiyə olunur.

Qeyd edək ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1,6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR