Rusiyanın “UTair” aviaşirkəti iflasa uğrayıb

Rusiyanın “UTair” aviaşirkəti iflasa uğrayıb
# 21 noyabr 2014 12:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rusiyanın “UTair” aviaşirkəti defolt olub.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb.

Qəzetin məlumatına görə, şirkət bunu iki istiqraz üzrə ödənişlərini (2,7 mln. rubl) yerinə yetirmə bilmədikdən sonra açıqlayıb.

Məlumata görə, “UTair-finance” törəmə şirkəti 2012-ci ilin noyabr ayında 1,5 mlrd. rubl dəyərində 3 il müddətinə istiqraz buraxıb. Hazırda ödənişin vaxtı bitsə də, şirkət öhdəliyini yerinə yetirə bilməyib.

Şirkətin rəhbəri Andrey Martirosov yaranmış vəziyyəti müvəqqəti çətinliklər olduğunu deyib.

Qeyd edək ki, “UTair” aviaşirkəti Rusiyanın üçüncü ən iri aviadaşıyıcısıdır.

Heydər Əliyev Hava Limanından “APA-Economics”ə verilən məlumata görə, “UTair” aviaşirkəti Bakıya uçuşları davam etdirir. Belə ki, şirkət Bakıdan Rusiyanın Surqut şəhərinə həftənin IV günləri saat 14:30-da, həftənin II, IV və VI günləri Moskvaya (Vnukovo hava limanı) və çərşənbə günləri isə saat 21:35-də Xantı-Mansiysk Muxtar dairəsinə uçuşlar yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR