İranda güclü meşə yanğını baş verib

İranda güclü meşə yanğını baş verib
# 10 iyun 2016 16:01 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Çərşənbə günündən İranın Fars əyalətinin Pasarqad bölgəsinin meşələrində geniş miqyaslı yanğın başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, yanğınsöndürənlərin səyinə baxmayaraq alov hələ də söndürülməyib. Pasarqad şəhəri İranın Fars əyalətində Şiraz şəhərinin 110 kilometrliyində yerləşir. Yanğın baş verən bölgənin dağlıq ərazi olması və güclü külək alovun söndürülməsini çətinləşdirib. İran Müdafiə Nazirliyinin vertolyotları və könüllülər də yanğını söndürmək üçün bölgəyə ezam olunub.

Pasarqad bölgəsində indiyədək 2500 hektar ərazidə meşə yanıb. Yanğın baş verən meşədə bəzi ağacların 200 illik tarixi varmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR