Şəkidə 11 yaşlı uşağı maşın vurub

Şəkidə 11 yaşlı uşağı maşın vurub
# 28 iyun 2016 18:13 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə yolu keçmək istəyən 11 yaşlı uşağı maşın vurub.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 17:30 radələrində rayonun Baş Zəyzid kəndi ərazisində baş verib. Rayonun Köbər Zəyzid kənd sakini, 2005-ci il təvəllüdlü Ramiz Adil oğlu Kərimov avtomobil yolunun qarşı tərəfinə keçən zaman onu Baş Zəyzid kənd sakini, 1973-cü il təvəllüdlü İlham Teymur oğlu Məhəmmədovun idarə etdiyi “VAZ 2101” markalı, 55 BF 638 dövlət nömrə nişanlı avtomobil vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan 11 yaşlı Ramiz Kərimov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində ağır kəllə-beyin və qarnının küt travması xəsarəti ilə travmatik şoka düşən Ramiz Kərimov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR