Azərbaycanın daha 20 rayonunda 11-ci sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək

Azərbaycanın daha 20 rayonunda 11-ci sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək
# 17 aprel 2015 14:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bak və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin 11-ci sinfində təhsil alan şagirdlər üçün keçirilən monitorinq imtahanlarını yekunlaşdırıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, növbəti monitorinq imtahanları 20-21 aprel tarixlərində regionlarda (Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) aparılacaq.

Məlumat üçün qeyd edək ki, imtahanların keçirilməsi üçün respublika üzrə Azərbaycan dili fənnindən 286 məktəb üzrə 16500, riyaziyyat fənnindən 243 məktəb üzrə 16534, fizika fənnindən 275 məktəb üzrə 15856 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR