Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yazı müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yazı müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib
# 06 may 2015 14:15 (UTC +04:00)

Bakı - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır” yazı müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə qadın problemlərini dövlətin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlayıb:

“Ümumilli lider Heydər Əliyev hər zaman qadınlara etimad göstərərək onları bilik və bacarığına, istedadına görə qiymətləndirib, rəhbər vəzifələrə təyin edib. Heydər Əliyev bu sahədə həm də qanunvericilik bazasının yaradılması üçün böyük işlər görüb. Ona görə də komitənin keçirdiyi müsabiqənin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilməsi təsadüfi deyil. Hesab edirəm ki, mətbuat orqanlarında qadın mövzusu hər zaman aktual olmalı, biz cəmiyyətdə qadın problemlərinin həlli üçün səylərimizi gücləndirməliyik. Müsabiqəyə təqdim olunan yazıların sayının hər il artması onu göstərir ki, jurnalistlərimiz bu həssas mövzuya laqeyd deyillər”.

Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları qadınların ictimai həyatdakı rolu, gender bərabərliyi haqqında fikirlərini bölüşüb, müsabiqənin keçirilməsinin aktuallığından danışıblar.

İkinci və üçüncü yerlərin qalibi iki nəfər olmaqla, münsiflər heyətinin rəyinə əsasən müsabiqədə birinci yerə “Aran” qəzetinin əməkdaşı Məhsəti Ağayevanın məqaləsi layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR