"BakuBus"ın avtobusları gələcəkdə Bakıətrafı marşrutlara buraxıla bilər

"BakuBus"ın avtobusları gələcəkdə Bakıətrafı marşrutlara buraxıla bilər
# 05 iyun 2015 14:50 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bunu "BakuBus" MMC-nin direktorunun müavini Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, "BakuBus" MMC hazırda Fransanın "Sistra" şirkəti ilə bu avtobusların hansı marşrutlar üzrə hərəkət edəcəyi ilə bağlı birgə layihə hazırlayır. Layihə üzərində iş başa çatandan sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

V. Kərimli əlavə edib ki, "Bakubus" MMC-nin avtoparkı Fransanın istehsalı olan 151 "İveco Crealis" və 151 "İveco Urbanway" markalı avtobuslarla təchiz olunub.

O, əlavə edib ki, MMC-də 1 000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur. Açılacaq iş yerlərinin 750-i sürücülər üçün nəzərdə tutulur. Sürücülərin orta aylıq əmək haqqı 600-700 manat olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR