Belqradda Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib

Belqradda Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar tədbir keçirilib
# 12 dekabr 2014 17:26 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin əməkdaşları ilə yanaşı Serbiya Parlamentinin üzvləri, dövlət rəsmiləri, Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, eləcə də burada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyub və onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbir səfirlikdə davam etdirilib. Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Serbiyadakı səfirliyinin müşaviri Anar Əcəmov görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edib.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə və sənədli filmə baxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR