Sudanın sosial inkişaf naziri: “Azərbaycanın nailiyyətləri bizim də diqqətimizi cəlb edir”

Sudanın sosial inkişaf naziri: “Azərbaycanın nailiyyətləri bizim də diqqətimizi cəlb edir”
# 03 oktyabr 2014 11:29 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqtisadi infrastrukturun formalaşması istiqamətində böyük addımlar atılıb və Sudan bu sahələrdə Azərbaycanla əməkdaşlıq etmək arzusundadır”. APA-nın məlumatına görə, bunu IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Sudanın sosial inkişaf naziri Həsən Əli Kamal deyib.

Nazir bildirib ki, bu, onun Bakıya ilk səfəridir: “Amma ölkəmiz foruma ikinci dəfədir qatılır. Biz belə bir beynəlxalq tədbirdə iştirak etməyimizə və bu tədbirin Azərbaycanda keçirilməsinə çox şadıq. Azərbaycan öz inkişafı ilə fərqlənən ölkələrdəndir və bu ölkənin nailiyyətləri bizim də diqqətimizi cəlb edir. Ölkənizlə yaxından tanış olmaq və münasibətləri daha da inkişaf etdirmək fikrindəyik. Azərbaycanda əhalinin sosial inkişafı istiqamətində müsbət addımlar atıldığını deyə bilərəm. İstərdik ki, Azərbaycanın özəl sektoru da Sudana maraq göstərsin və sizin iş adamlarınız bizim ölkəyə sərmayə yatırsınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR