Oxot dənizində “Uzaq Şərq” gəmisinin batması nəticəsində ölənlərin sayı 57-yə çatıb

Oxot dənizində “Uzaq Şərq” gəmisinin batması nəticəsində ölənlərin sayı 57-yə çatıb
# 10 aprel 2015 04:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “TASS”a dəniz xilasedici mərkəzinin rəhbəri Artur Rets bildirib.

“Ölənlərdən daha birinin meyiti istintaq tədbirləri nəticəsində, yeşiklərin açılması zamanı aşkarlanıb”, deyə Artur Rets bildirib.

Onun sözlərinə görə, yeşiklərin birində bir meyit əvəzinə iki cəsəd aşkarlanıb. Bunun hadisə yerində gəmilərin birində cəsədləri yeşiklərə yerləşdirərkən səhvən baş verdiyi ehtimal edilir.

Beləliklə, Oxot dənizində “Uzaq Şərq” gəmisinin batması nəticəsində ölənlərin sayı, rəsmi olaraq, 57 nəfərə çatıb. Xilas olunanların sayı 63 nəfər olaraq dəyişməz qalıb. 12 nəfər hələ də itkin düşmüş hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR