Türkiyənin daha bir kanalı “Azerspace-1” üzərindən yayımlanacaq

Türkiyənin daha bir kanalı “Azerspace-1” üzərindən yayımlanacaq
# 01 may 2015 13:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev-APA-Economics. Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və “Doktor” TV kanalı arasında kanalın yayımına dair müqavilə imzalanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən, Türkiyənin sağlamlıq haqqında olan ilk kanalı “Doktor” TV, artıq “Azerspace-1” peyki üzərindən yayıma keçəcək. Qeyd edək ki, kanalda əsasən insan sağlamlığı mövzusunda olan verilişlər nümayiş olunur.

Azərbaycan efir məkanında sağlamlıq haqqında yayımlanacaq ilk tematik kanal olan “Doktor” TV kanalı 1 may 2015-ci il tarixindən 11015/H/30000 tezliyi ilə yayımlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR