Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 03 noyabr 2014 07:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dan 14:30-dək Hacıqabul və Şamaxı rayonlarının bir hissəsinə, saat 15:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 14:00-dan 18:00-dək Bakının Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR