Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb - VİDEO

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb - <span style="color: red;">VİDEO
# 22 avqust 2014 11:50 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 177 474 nəfər olub. Onlardan 26 398-i insulindən asılı şəkərli diabet xəstələri, 150 548-i isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir. Əhalinin hər 100 000 nəfərinə - cəmi 1 896,7 nəfər şəkərli diabet xəstəsi düşür.

2013-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı isə 24 182 nəfər təşkil edib. Onlardan 3 510-u insulindən asılı, 20 426-sı isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR