Azərbaycanda mobil imzaların verilməsinə başlanılıb

Azərbaycanda mobil imzaların verilməsinə başlanılıb
# 12 fevral 2013 07:31 (UTC +04:00)

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Mobil Sertifikat Mərkəzi fevralın 1-dən fəaliyyət göstərir. Artıq Mərkəz tərəfindən mobil qurğularda və planşetlərdə istifadə olunması üçün mobil autentifikasiya sertifikatlarının verilməsinə başlanılıb. Belə ki, ilk sertifikatların alınması üçün müraciətlər qəbul olunub. Pilot layihə çərçivəsində sertifikatların əldə edilməsi üçün vətəndaşlar mərkəzi qeydiyyat məntəqəsinə müraciət edə bilərlər. Hazırda digər qeydiyyat məntəqələrində də texniki-təşkilati işlər aparılır və onlar tamamlandıqdan sonra vətəndaşlar istənilən məntəqənin xidmətindən istifadə edə biləcək.


Mobil ID-nin alınması üçün e-müraciət formasının da hazırlanıb istifadəyə verilməsi üzrə işlər aparılır. Bunun sayəsində «e-imza» sertifikatlarına malik olan vətəndaşlar qeydiyyat məntəqələrinə gəlmədən mobil autentifikasiya sertifikatı ala biləcək.

Mobil ID yüklənmiş mobil qurğular vasitəsilə istifadəçilər «Elektron hökumət» portalına (www.e-gov.az), eləcə də digər xidmət saytlarına daxil ola bilər.


Qeyd edək ki, elektron imza haqqında qanunvericiliyə əsasən, Mobil Autentifikasiya Sertifikat Mərkəzi Ali Sertifikat Mərkəzindən sertifikat alıb.


Mobil qurğuların texniki imkanları nəzərə alınaraq hazırda təqdim olunan autentifikasiya sertifikatlarını aşağıdakı platformalardakı mobil qurğulara yükləmək mümkündür:


• Apple IOS 5.0 və yuxarı versiyalar (iPhone 3GS, 4, 4S, 5 / iPad 1, 2, 3, 4, mini / iPod Touch 3, 4, 5);

• Android 4.0 və yuxarı versiyalar (HTC, Samsung, LG, Acer, Sony);

• Symbian S60 OS və yuxarı versiyalar;

• Windows Phone 7.0 və 7.5 platformaları (Windows Phone 8.0 sınaqdan tam olaraq keçməyib);
• BlackBerry 6.0 OS və yuxarı versiyalar (mobil cihazların rəqəmli sertifikatları üçün «SSL klient» identifikasiyanın konfiqurasiyası «BlackBerry Desktop Manager» proqramı vasitəsilə yüklənilir).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR