Estoniyada Hökumət Evini partlatmaqla hədələyən şəxs saxlanıb

Estoniyada Hökumət Evini partlatmaqla hədələyən şəxs saxlanıb
# 06 fevral 2013 00:54 (UTC +04:00)

Bakı-APA. Tallində polis hökumətin iqamətgahı yerləşən binanı partlatmaqla hədələyən şəxsi saxlanıb. APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, binada partladıcı qurğu olması barədə zəng daxil olan kimi, Hökumət Evinə polis və sapyorlar cəlb olunub. Dövlət qulluqçuları Hökumət Evindən təxliyə edilib, aparılmış axtarışlar nəticəsində binada partladıcı qurğu aşkarlanmayıb. Hadisə zamanı ölkənin baş naziri binada olmayıb.

Partladıcı qurğu barədə yanlış xəbər vermiş şəxs zəngdən 45 dəqiqə sonra müəyyən edilərək həbs olunub.

Estoniya Cinayət Məcəlləsi bu cinayətə görə cərimə və ya 5 ilədək həbs cəzası nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR