Kollegiya sədri: “Məhkəmələrin hərbçilərə dalaşmaya görə sərt cəza verməsi yaxşı hal deyil”

Kollegiya sədri: “Məhkəmələrin hərbçilərə dalaşmaya görə sərt cəza verməsi yaxşı hal deyil”
# 01 fevral 2013 09:23 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin Plenumda çıxış edən Cinayət kollegiyasının sədri Şahin Yusifov deyib.

O bildirib ki, 2012-ci ildə kollegiyaya 2070 nəfər barəsində 1800 iş daxil olub. Apellyasiya məhkəmələrinin ilkin baxış iclaslarının qərarlarından verilən kassasiya şikayətlərinin sayının artdığını deyən Ş. Yusifov bunun da bir çox səbəblərinin olduğunu qeyd edib: “Belə ki, müdafiə tərəfindən verilən vəsatətlərin heç birinin təmin olunmaması, eyni zamanda vəkillərin də prosesi uzatmaq üçün məqsədli şəkildə bir çox vəsatətlər verməsi ilkin baxış iclasının qərarlarından verilən kassasiya şikayətlərinin sayının artmasına səbəb olur. Həyat və sağlamlıq əleyhinə, mülkiyyət əleyhinə, narkotik vasitələrlə bağlı olan cinayət işləri ilə bağlı kassasiya şikayətlərinin sayı artıb. Dəyişdirilən məhkəmə qərarları isə əsasən mülkiyyət əleyhinə olan cinayət içləri ilə bağlı olub ”.

Hərbi Kollegiyanın sədri Tapdıq Mahmudov da çıxışında bildirib ki, 2011-ci illə müqayisədə 2012-ci ildə daxil olan kassasiya şikayətlərinin sayı artıb. T. Mahmudov bəzən məhkəmələr tərəfindən gənc əsgərlər və hərbi qulluqçulara dalaşmaya görə həddindən artıq sərt cəzaların verildiyini deyib: “Fikrimizcə, bu cəzanın məqsədinə xidmət etmir və yaxşı bir hal deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR