Bəstəkarlar İttifaqında Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bəstəkarlar İttifaqında Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib
# 02 fevral 2013 11:31 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ittifaqın katibi, bəstəkar Aliyə Məmmədova vurğulayıb ki, gənc bəstəkarlar mütəmadi olaraq ittifaqın keçirdiyi tədbirlərə, konsertlərə və konfranslara cəlb edilir və onlara öz yaradıcılıqlarını nümayiş etdirməyə hər cür şərait yaradılır. İttifaqın katibləri, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, Cəlal Abbasov və Lalə Hüseynovanın da iştirak etdiyi dəyirmi masada ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, 2012-ci ildə gənc bəstəkarların əldə etdikləri nailiyyətlərdən söhbət açılıb, onların problemləri müzakirə olunub.

Tədbirdə gənc bəstəkarlardan Ayaz Qəmbərlinin “Qovuşma”, Türkər Qasımzadənin “Süd rəngli çalarlar”, Tahir İbişovun “Göy üzərində səma” və digər əsərləri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR