BANM tələbələri istehsalat təcrübəsi keçir

BANM tələbələri istehsalat təcrübəsi keçir
# 26 iyul 2016 09:14 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 17 tələbəsi Emerson Process Management şirkətində yay istehsalat təcrübəsi keçirlər. Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi heyət ilə birgə istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti və onlar üçün təcrübədə yaradılan şəraitlə yerindəcə tanış olmaq məqsədilə Emerson Process Management şirkətində olub. Şirkətdə olarkən rektor şirkətin satış üzrə meneceri, təcrübə proqramının rəhbəri, mütəxəssis Erkin İbrahimovla görüşüb. Görüşdə BANM rəhbərliyinə təcrübənin gedişatı və tələbələrin fəaliyyəti haqqında geniş məlumat verilib. Rektor SOCAR tərəfindən onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə və təcrübədə verilən tapşırıqlara məsuliyyətlə yanaşmağa çağırıb. Sonda o, Emerson Process Management şirkətinin rəhbərliyinə BANM tələbələrinin şirkətdə təcrübə keçməsi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, təcrübə zamanı tələbələr Emerson Process Management şirkəti tərəfindən istehsal olunan qurğular və istifadə olunan idarəetmə sisteminin iş prinsipi və xüsusiyyətləri ilə yaxından tanış olurlar. Təcrübə tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların peşəkar kadr kimi yetişməsinə kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR