Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Hökməli qəsəbəsində qeydə alınıb. Yaşadıqları həyətin hasarı qəsəbə sakinləri - 2004-cü il təvəllüdlü Aytən Kərimli və onun bacısı, 2002-ci il təvəllüdlü bacısı Leylanın üstünə aşıb.
Nəticədə Aytən Kərimli ölüb, Leyla isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.