Şimali Koreya ABŞ-a tuşlanan strateji raketlərini döyüş hazırlığına gətirib

Şimali Koreya ABŞ-a tuşlanan strateji raketlərini döyüş hazırlığına gətirib
# 29 mart 2013 04:12 (UTC +04:00)

Bakı-APA. KXDR lideri Kim Çen In martın 29-na keçən gecə ölkənin raket qoşunlarını ABŞ-ın qitə hissəsinə, Cənubi Koreyada və Sakit okeandakı hərbi bazalarına mümkün zərbələr endirmək üçün döyüş hazırlığına gətirilməsinə dair əmr imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı “Röyters” agentliyi Şimali Koreyanın KİV-lərinə istinadən məlumat verir.

Koreyanın Mərkəzi teleqraf agentliyinin məlumatına görə, Kim Çen In qeyd olunan əmri yüksək rütbəli hərbçilərlə keçirdiyi toplantıda imzalayıb.

Əmrə əsasən, KXDR Silahlı Qüvvələrinin strateji raketləri istənilən an ABŞ ərazisinə və bu ölkənin Cənubi Koreyada, Quam və Havay adalarındakı hərbi bazalarına zərbələr endirməyə hazır olmalıdır.

Bundan bir müddət əvvəl KİV-lər hərbi təlimlər çərçivəsində Cənubi Koreyanın üzərindən ABŞ-ın nüvə silahı daşıya bilən “B 52” strateji bombardmançısının uçduğunu xəbər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR