Bakıda iki övladını qətlə yetirən qadının əri saxlanılıb

Bakıda iki övladını qətlə yetirən qadının əri saxlanılıb
# 05 iyun 2015 14:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda iki övladını qətlə yetirən qadının əri saxlanılıb.

APA-nın məlumatına görə, iki övladını boğaraq öldürən N. Quliyevanın əri Asif Məlikzadə faktla əlaqədar Sabunçu Rayon Prokurorluğuna dəvət edilib. Hazırda A. Məlikzadənin ifadəsi alınır.

N. Quliyeva hadisəni törətməzdən əvvəl məktub yazıb. Məktubda deyilir: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.

Qeyd edək ki, məlum hadisə ötən gün Sabunçu rayonu Albalılıq yaşayış massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva övladları 2012-ci il təvəllüdlü Aydan Asif qızı Məlikzadə və 10 aylıq Ayşənin boğazını kəsərək öldürüb.

Hadisədən sonra N. Qurbanova intihar məqsədi ilə özünü bıçaqlayıb. Ağır bədən xəsarəti alan N. Qurbanova 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR