Aprelin 11-də Yüksək Texnologiyalar Parkında startapçılar üçün növbəti təlim keçiriləcək

Aprelin 11-də Yüksək Texnologiyalar Parkında startapçılar üçün növbəti təlim keçiriləcək
# 31 mart 2015 12:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında aprelin 11-də startapçılar üçün növbəti təlim keçiriləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, təlim "Startup Azərbaycan 2015" müsabiqəsinin iştirakçıları üçün təşkil olunur.

Təlim “Biznes - ideyalar. Biznes planların tərtib edilməsi. İnvestor axtarışı”, “İdeya - Layihə - İnvestor” mövzularına həsr olunacaq.

Tədbirdə Yüksək Texnologiyalar Parkının, “Startap Azərbaycan 2015” rəhbərliyinin, beynəlxalq və yerli ekspertlərin və İT biznes sahəsində çalışan sahibkarlar iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR