İsrailin Qəzza zolağında tibb müəssisəsinə raket zərbəsi nəticəsində Rusiya vətəndaşı ölüb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS Fələstin Milli Administrasiyasındakı Rusiya Missiyasına istinadən məlumat yayıb.
Ölən rusiyalının həm də Fələstin vətəndaşlığına malik olduğu və cərrah işlədiyi bildirilib.