Pentaqon rəhbəri Əfqanıstana gözlənilməz səfər edib

Pentaqon rəhbəri Əfqanıstana gözlənilməz səfər edib
# 12 iyul 2016 11:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ müdafiə naziri Eşton Karter Əfqanıstana gözlənilməz səfər edib.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, E. Karterin təyyarəsi ABŞ Silahlı Qüvvələrinin paytaxtdan 50 km aralıda yerləşən Baqramdakı bazasında yerə enib.

E. Karterin Əfqanıstan prezidenti Əşrəf Qani və hökumətin rəhbəri Abdulla Abdulla ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, NATO-nun Varşava sammitində Əfqanıstan ordusuna 2020-ci ilə qədər 5 milyard dollar məbləğində yardım edilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR