Gürcüstan NATO-nun sammitində alyansa üzvlüyünü sürətləndirmək niyyətindədir

Gürcüstan NATO-nun sammitində alyansa üzvlüyünü sürətləndirmək niyyətindədir
# 03 sentyabr 2014 22:28 (UTC +04:00)

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın prezidenti Qiorqi Marqvelaşvili bəyan edib.

Londonda çıxış edən Gürcüstan prezidenti bu kimi qərarın qəbul edilməsinin elə də asan olmadığını dərk etdiyini vurğulayıb.

Qeyd edək ki, NATO rəsmiləri qarşıdan gələn toplantıda alyansın genişləndirilməsi məsələsinin gündəmdə olmadığını bildiriblər.

Məlumatlara görə, NATO Gürcüstana Şimali Atlantika blokuna yaxınlaşmaq üçün tədbirlər paketini təklif edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR