Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 47 dəfə pozulub - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 47 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 12 dekabr 2014 06:47 (UTC +04:00)

Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Şuraabad, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR