“Bakı” dünyanın ən uğursuz komandaları sırasına düşüb

“Bakı” dünyanın ən uğursuz komandaları sırasına düşüb
# 10 aprel 2015 14:45 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının XXIX turunda “Sumqayıt”la qolsuz heç-heçə edən “Bakı”nın qələbəsiz oyunlar seriyası 18-ə çatıb. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi sonuncu dəfə 2014-cü il oktyabrın 25-də qalib gəlib.

167 gündü qalib gələ bilməyən İbrahim Uzuncanın yetirmələri bu nəticə ilə dünyanın ən uğursuz klubları sırasına düşüb.

Belə ki, “Bakı” ən uzun qələbə həsrəti yaşayan 10 komandanın yer aldığı cədvələ daxil olub. Lakin bu siyahıda bütün dünya liqaları – hətta aşağı dəstələri də təmsil edən klublar var.

Bakılılar yüksək liqa komandaları arasında 4-cü yerdədi. Antirekord isə Qırğızıstanın “Manas” klubuna məxsusdu – 29 qələbəsiz oyun. Misirin “Asyut Sport” və Şimali İrlandiyanın İnstitut” klubunun seriyası isə 22 matçdan ibarətdi.

“Bakı” isə 4-cü yerə “Niki Volos”la şərikdi. Hər iki komanda 18 turdu qalib gəlmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR