BMT-nin baş katibi Ümumdünya Malariya Günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi Ümumdünya Malariya Günü ilə bağlı müraciət yayıb
# 25 aprel 2013 15:03 (UTC +04:00)

Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Malariya Günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliytindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, 2000-ci ildə dünya liderlərini “Minilliyin İnkişaf Məqsədləri”ni (MİM) təyin etməsindən bu günə kimi dövlətlərin geniş əməkdaşlığı, BMT-nin qurumları, xeyriyyə və biznes strukturları yüz milyonlarla insanı malyariyadan qorumaq üçün bir araya gəliblər. Endemik ölkələrə beynəlxalq maliyyə dəstəyi gündən-günə artan siyasi öhdəliklə müşayiət olunur, bu da öz növbəsində malyariyaya qarşı profilaktik tədbirlər, diaqnostika və zəruri tibbi məmulatlara yetişmə imkanını artırıb. Baş katib bildirib ki, MİM-in əsas məqsədi - malyariya hallarının dayandırılması və qarşısının alınmasını nəzərdə tutan istiqaməti artıq göz önündədir və 50 ölkə 2015-ci ilə qədər malyariya adlı bir yükün ən azı 75%-dək azaldılması yolundadır. Buna baxmayaraq, əsas çətinliklər hələ də qalmaqdadır. İnkişaf etməkdə olan ölkələr, əsasən, Afrikada malyariyanın həyəcan təbili çalınmaqda davam edir və milyonlarla insanın həyatını xilas etmək üçün müdaxiləyə ehtiyacı var: “Malyariya Afrikada hər dəqiqə bir uşağın həyatına son qoyur. Nəzarət sistemlərinin zəifliyi onu göstərir ki, xəstəlik hallarının sayı haqda çox zaman düzgün məlumat verilmir. Bu da öz növbəsində ona gətirib çıxarır ki, dövlətlər və Dünya Səhiyyə Təşkilatları malyariya hallarının baş verdiyi yerlər və göstəricilərin dəyişməyi barədə kifayət qədər məlumata sahib deyillər, buna baxmayaraq, məlumat toplamaq sahəsində irəliləyişlər də müşahidə olunur. Malariya parazitlərinin dərmanlara, malyariya ağcaqanadlarının isə insektisidlərə qarşı artan müqaviməti, həyat və məhsuldarlıq üçün böyük olan bu təhlükəni dəf etmək məqsədilə görülən səyləri daha da çətinləşdirir. Son zamanlar malyariyaya nəzarət üçün qlobal maliyyələşdirmə sabit səviyyəyə çatıb. Malyariyadan ölmə hallarının 2015-ci ilə kimi demək olar ki, sıfra çatdırılması üçün resursların yarısının ayrılması ilə bağlı öhdəliyin götürülməsinə baxmayaraq, hələ də 5 milyard ABŞ dolları məbləğində illik çatışmazlıq qalmaqdadır. Nəticədə, bu, Afrikada malyariyaya qarşı mübarizə miqyasının genişləndirilməsinin, xüsusən də insektisid ilə dərmanlanmış uzunömürlü ağcaqanad torlarının yayılmasının ləngiməsinə gətirib çıxarır. Malyariyanın qarşısını almaq və əzabları yüngülləşdirməyə davam etmək üçün beynəlxalq ictimaiyyət, xüsusən də 10 ən yüksək malyariya göstəricisi olan ölkələrdə, lazımi maliyyələşdirməni təmin etməlidir ki, risk altında olan qrupları qorusun və tədqiqat işlərində yeni yolların inkişafı üçün yeniliyi dəstəkləsin. QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun artırılması prioritet məsələlərdən biri olmalıdır. Bu ilin qlobal Ümumdünya Malariya Günü kampaniyasının mövzusu belədir: “Gələcəyə investisiya qoymaq. Malariyaya qalib gəlmək”. Malyariyaya nəzarət etmək, sadəcə, səhhəti yaxşılaşdırmır. Bu həm də ictimai rifahı və iqtisadi inkişafı artırır. Mən, endemik ölkələrin siyasi liderləri daxil olmaqla, qlobal səhiyyə ictimaiyyətini malyariya müdaxiləsinə ümumdünya çıxışını təmin etmək və bu qarşısı alına biləcək və müalicə edilə biləcək xəstəliyin əzablarına son qoymaq məqsədilə götürdükləri öhdəliyə sadiq qalmağa çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR