Tovuz rayonunda beşotaqlı evdə yanğın baş verib

Tovuz rayonunda beşotaqlı evdə yanğın baş verib
# 18 avqust 2015 09:47 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda yaşayış evində yanğın olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nəsimi küçəsində Eldar Abdullayevə məxsus 5 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 268 kvadratmetr olan birmərtəbəli ev qəfildən tüstülənməyə başlayıb. Yanğın baş verən küçədə mənzillər bir-birinə yaxın yerləşdiyindən alovun digər evlərə keçməsi təhlükəsi də artıb. Əraziyə Tovuz Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Alov tez bir zamanda söndürülsə də, evin 1 otağı ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə etmək mümkün olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR