Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi saxlanılıb - <span style="color: red;">VİDEO
# 02 aprel 2015 08:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi tutulub.

APA-nın "Vesti.az"a istinadən verdiyi məlumata görə, 20 il axtarışda olan Nizami Musayev Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, N.Musayev 1992-ci ildə Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin (hazırda həmin idarə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi adlanır) rəisi vəzifəsində çalışıb.

N.Musayev həmçinin tanınmış aktyor və kaskadyordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR