“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində məktəblilər Qəbələdə olublar - FOTOSESSİYA

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində məktəblilər Qəbələdə olublar - <span style="color: red;">FOTOSESSİYA
# 17 noyabr 2015 15:01 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın ümumtəhsil məktəblilərinin yuxarı sinif şagirdləri üçün təşkil edilən növbəti tur-aksiya çərçivəsində Abşeron, Qusar, Quba, Sumqayıt, Xaçmaz və Xızıdan olan məktəblilər noyabrın 17-də iki qrup üzrə Qəbələ rayonuna səfər ediblər. APA-nın yerli bürosunun xəbərinə görə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən məktəblilər Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olublar. Altı rayonu təmsil edən 210 nəfər məktəblinin Qəbələ ilə ilk tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başlayıb. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsinin mümkünlüyü barədə məlumat verilib. Sonra məktəblilər rayon tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Onlara bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Sonra məktəblilər Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Daha sonra məktəblilər “Beltmann” piano fabrikində, Heydər Əliyev adına Konqres Mərkəzində olublar.

Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban kilsəsini ziyarət ediblər. Şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Yeddi gözəl” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, Nohur gölü ilə tanış olublar.

Onlar buradan Şəki şəhərinə yola düşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR