Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Komissiyası Avrozona və Avropa Birliyi üzrə iqtisadi proqnozlarını azaldıb. «APA-Economics»in xəbər verdiyi kimi, Avropa Birliyinin məlumatında deyilir ki, 2013-cü ildə Avrozonada ÜDM 0,4% azalacaq, 2014-cü ildə isə 1,2% artacaq.
Qeyd edək ki, Avropa Komissiyasının əvvəlki proqnozlarında bu il 0,3%-lik azalma, gələn il isə 1,4%-lik artımın gözlənildiyi göstərilirdi.
Avropa Birliyinin iqtisadiyyatı isə ümumilikdə 2013-cü ildə 0,1% azalacaq, 2014-cü ildə isə 1,4% artacaq. Əvvəlki proqnozlara görə, 2013-cü ildə 0,1%, 2014-cü ildə isə 1,6% səviyyəsində artım gözlənilirdi.