Milli Məclisə keçirilən seçkilər "Azerspace-1"in resurslarından istifadə olunaraq yayımlanıb

Milli Məclisə keçirilən seçkilər "Azerspace-1"in resurslarından istifadə olunaraq yayımlanıb
# 02 noyabr 2015 08:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Noyabrın 1-də Milli Məclisinə seçkilər keçirilib. Yerli və xarici, o cümlədən beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər və media mənsubları tərəfindən izlənilən parlament seçkiləri gün boyu "Azerspace-1" peykinin resurslarından istifadə olunmaqla yayımlanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "İctimai", "Xəzər", ANS, "Lider" və "Region" TV kanalları vasitəsilə seçkilərin operativ və fasiləsiz yayımı reallaşıb.

"Azerspace-1" peykinin resurslarından istifadə edən TV kanallar seçkilərin keçirildiyi müddətdə fasiləsiz və tam keyfiyyətli yayım əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR