Mixail Saakaşvili: “Gürcüstanda Azərbaycanla tərəfdaşlığın əsaslarını sarsıtmaq cəhdləri göz qabağındadır”

Mixail Saakaşvili: “Gürcüstanda Azərbaycanla tərəfdaşlığın əsaslarını sarsıtmaq cəhdləri göz qabağındadır”
# 07 mart 2013 18:46 (UTC +04:00)

Bakı-APA. “Gürcüstan böyük təzyiq altındadır və ölkənin xarici siyasətini sarsıtmaq cəhdləri göz qabağındadır”. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Yunanıstanda “Şərqlə münasibətlərin dərinləşməsi” mövzusunda Avropa Xalq Partiyasının təşkil etdiyi forumda çıxışında bəyan edib.

“Keçən ilin oktyabrında Gürcüstandakı seçkilərdə baş verənlər və bir neçə gün əvvəl Moldova parlamentində baş verənlər tarazlığı tamamilə pozur. Bu bizim Avropa seçimi üçün tənəzzül deməkdir”, deyə Mixail Saakaşvili qeyd edib.

Gürcüstan prezidenti qeyd edib ki, Gürcüstandakı seçkilərə böyük məbləğdə vəsaitlər sərf olunub. “Məhz bu maliyyə manipulyasiyaları və böyük məbləğdə pullar həlledici rol oynadı. Bir neçə gün bundan əvvəl pullar eyni ssenari ilə Moldova siyasətinə daxil olub. Nəticədə baş-nazir Filat devrilib və Moldovanın perspektivləri yenə də anlaşılmaz olub”, deyə Mixail Saakaşvili qeyd edib.

Mixail Saakaşvili vurğulayıb ki, Gürcüstandakı qərbyönümlü qüvvələr böyük təzyiq altındadır. “Ölkənin xarici siyasətini və Azərbaycan kimi dövlətlərlə tərəfdaşlığını sarsıtmaq cəhdləri göz qabağındadır”, deyə Mixail Saakaşvili vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR