Kərim Vəliyev: “Əsgərləri təsərrüfat işlərindən kənarlaşdırmağı nəzərdə tuturuq”

Kərim Vəliyev: “Əsgərləri təsərrüfat işlərindən kənarlaşdırmağı nəzərdə tuturuq”
# 18 iyul 2014 15:50 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu KİV rəhbərləri ilə görüşdə Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Bu islahatlardan bəzilərini diqqətə çatdıran nazir müavini şəxsi heyətin, əsgərlərin təsərrüfat işlərindən kənarlaşdırılması istiqamətində görülən işlərdən danışıb: “Bu məqsədlə biz orduda mülki işçilərin sayını artırmağı nəzərdə tuturuq. Hazırda orduda mülki işçilərin sayı 3 min nəfərdir. Biz bu rəqəmi 20 min nəfərə çatdırmağı düşünürük. Əsas məqsəd odur ki, şəxsi heyət təsərrüfat və digər işlərdən kənarlaşdırılsın, ancaq hərbi, taktiki və döyüş hazırlığı ilə məşğul olsun, buna daha çox vaxt ayırsın”.

K. Vəliyev müdafiə naziri Z. Həsənovun dağ şəraitində döyüş hazırlığına xüsusi diqqət yetirdiyini də vurğulayıb.

Nazir müavini aparılan islahatlar sırasında Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasını xüsusi qeyd edib. O, Azərbaycanın Naxçıvanda güclü ordusunun, müasir silah və texnikasının, aviasiyasının olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR