Pakistanın Azərbaycandakı səfiri: “Bakını ikinci evim hesab edirəm”

Pakistanın Azərbaycandakı səfiri: “Bakını ikinci evim hesab edirəm”
# 07 mart 2013 18:16 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Pakistanın Azərbaycandakı və eyni zamanda Gürcüstandakı səfiri İnayatullah Kakarın diplomatik missiyasının başa çatması ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, səfir tədbirdəki çıxışında bildirib ki, Azərbaycanda çalışdığı müddətdə Pakistana qarşı isti münasibəti və səmimiyyəti tək Azərbaycan hökumətindən deyil, həm də insanlarından da görüb: “Azərbaycan xalqını Pakistan xalqına sevgisi və dostluğu çox aşkardır. Sərhədlərimiz yaxın olmaya bilər, ancaq ürəklərimiz birdir. Buna görə də mənim Azərbaycana və onun xalqına xüsusi rəğbətim var. Bakını ikinci evim hesab edirəm”.

Səfir həmçinin əlavə edib ki, Pakistan və Azərbaycan lap əvvəldə yaxşı münasibətlərə malik olub, ənənəvi dostluq hər iki xalqın ürəyində kök salıb, iki ölkə arasında mövcud qarşılıqlı faydalı əlaqələr və birgə sülh prinsipləri fonunda, istər siyasi, müdafiə, istərsə də iqtisadi və ticari əməkdaşlığı çoxşahəli mübadiləsinə gətirib çıxarıb. İ.Kakar əlavə edib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi əlaqələrin genişlənməsinə yardım edib.

Sonda diplomat Azərbaycan hökumətinə və xalqına, xarici işlər nazirliyinə, həmçinin ikitərəfli münasibətlərinə öz töhfəsini verən Azərbaycan mediasına öz təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR